Məhdudlaşdırıcı tədbirlər deputatlara şamil olunmur

Məhdudlaşdırıcı tədbirlər deputatlara şamil olunmur
13:58 9 Aprel 2020
160 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclis “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununda dəyişiklik edilməsi barədə məsələni II oxunuşdan müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, layihə haqqında deputatlara vitse-spiker Əli Hüseynli təqdim edib.

Qanunun 5-ci maddəsinə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir” əlavə edilib.

Deputat Razi Nurullayev isə təklif edib ki, parlamentdə millət vəkillərinin qəbul otaqlarında kamera qurulsun.

Deputatların qəbul otağında kameraların quraşdırılması təklif edilib. O, həmçinin deputat səlahiyyətlərinin artırılmasının vacibliyini qeyd edib: ““Biz sosial şəbəkələrə daxil ola bilmirik. Ölkədə işsizliklə bağlı ciddi problem var. İşsizlik statusları ilə bağlı meyarlara ciddi dəyişikliklər edilməlidir. Təklif edirəm ki, deputatların səlahiyyətlərinin artırılması ilə bağlı xüsusi qrup yaradılsın”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/310247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR