İraqda hökuməti qurmaq kəşfiyyat rəisinə tapşırıldı
Paylaş
170 baxış·1 dəq oxu
İraq prezidenti Barham Saleh aprelin 9-da Mustafa əl-Kazımiyə yeni hökumətin yaradılmasını tapşırıb. “Report” xəbər verir ki, məlumatı İraqın “Al-Sumaria” telekanalı yayıb. Bildirilib ki, Mustafa əl-Kazimi İraq kəşfiyyatının rəisidir. Hazırkı baş nazir Adnan əz-Zurafi İraqın yeni hökumətini formalaşdırmaqdan imtina edib.