Nidelandda daha 1,2 mindən çox insanda koronavirus aşkarlandı

Nidelandda daha 1,2 mindən çox insanda koronavirus aşkarlandı
16:57 9 Aprel 2020
168 Digər
Ölkə mətbuatı
A- A+

Niderlandda son bir gündə 1 213 koronavirusa yoluxma faktı qeydə alınıb.
“Report xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.
Məlumata görə, ölkədə qeydə alınmış virus hallarının sayı 21 762-yə çatıb.
Bildirilir ki, krallıqda ötən sutkada daha 148 nəfər koronavirusdan ölüb. Beləliklə, Qərbi Avropa ölkəsində pandemiya qurbanlarının sayı 2 396 nəfərə çatıb.
Qurum açıqlamasında ölkə xəstəxanalarında 7 972 nəfərin müalicə aldığını vurğulayıb.
Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 533 000-i ötüb. Bunların 337 482 nəfəri sağalıb, 89 747 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nidelandda-oten-sutkada-1-2-minden-cox-insanda-covid-19-askarlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR