Dünən ana ilə oğlunu öldürən şəxs 11 il əvvəl arvadını qətlə yetirib - TƏFƏRRÜAT - FOTO

Dünən ana ilə oğlunu öldürən şəxs 11 il əvvəl arvadını qətlə yetirib - TƏFƏRRÜAT - FOTO
09:12 13 Aprel 2020
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, dünən 34 yaşlı Şabran sakini Nahid İslamov qonşuluğunda yaşayan 37 yaşlı Məhəbbət Məmmədovu və onun 57 yaşlı anası İstək Mahmudovanı güllələyərək qətlə yetirib.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, cinayətin təfərratları bəlli olub. Belə ki, Zeyvə kəndində baş verən hadisə qısqanclıq zəminində törədilib. 11 il əvvəl həyat yoldaşını öldürdüyü üçün həbs edilən Nahid onu qonşusu Məhəbbət Məmmədova qısqanıb. Qətlin də bu səbəbdən törədildiyi bildirilir.

Qeyd edək ki, Nahid İslamov qətli törətdikdən sonra qaçaraq gizlənib. O, gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/841443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR