Alimlər koronavirusun yeni mikroblarını aşkarladılar

Honkonq alimləri COVID-19 infeksiyasının özündən üç dəfə böyük sayda patogen (göbələk, bakteriyalar da daxil olmaqla, istənilən mikroorqanizmlər - red) istehsal edə bilməsi qənaətinə gəliblər.

Metbuat.az report-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, alimlər koronavirusa yoluxmuş altı pasiyentin ağciyərini təhlil ediblər. Nəticədə müəyyən edilib ki, COVID-19 virusu SARS virusundan fərqli olaraq, 48 saat ərzində 3,2 dəfədən çox patogen yaradır. Bu halda yeni koronavirus daha ləng immun və iltihab reaksiyalara səbəb olur, bu isə onun aşkar edilməsini çətinləşdirir.

"Virus nindzaya bənzəyir, hansı ki, bədəndə interferonun azaldılmış səviyyəsi və iltihablı reaksiyası ilə çoxalmış kimidir", - deyə alimlərdən biridir.

Nəşr qeyd edib ki xəstəliyin əlamətlərinin olmaması və ya yalnız yüngül simptomlar koronavirusun bütün dünyada qarşısının alınmasını ağırlaşdırır.

"Praktiki olaraq iyula qədər virusun qarşısının alınması təsəvvür edilmir", - deyə Honkonq Universitetinin tədqiqata başçılıq edən professoru Yuen Kvok Un bildirib.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyondan çox yoluxma qeydə alınıb, 105 mindən artıq insan pandemiyanın qurbanı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR