“İyunadək virusa qalib gəlmək mümkün olmayacaq” -

Koronavirusla bağlı təhqiqatlar yeni nəticələr ortaya qoyur.

Metbuat.az xəbər verir ki, Honkonq universitetinin bir qrup alimi koronavirusun atipik pnevmoniyaya yol açan 3 dəfə aqresiv olduğunu aşkar edib.

Mütəxəssislər xəstəliyin 6 könüllünün ağ ciyər hüceyrələrində fəallığını araşdıraraq belə bir qənaətə gəliblər ki, koronavirus qeyd edilən virusdan 3,2 dəfə tez çoxalır.

Bununla birgə,bədənin iltihaba qarşı reaksiyası zəif olur-immun sistemi tərəfindən istifadə olunan siqnal zülalları demək olar ki, işə düşmür. Qrupun rəhbəri Kvok-Yun qeyd edib ki,belə olduğu halda iyun ayınadək pandemiyanın qarşısını almaq mümkün olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR