Yaponiyada fövqəladə vəziyyət bütün ölkə ərazisinə aid edilə bilər

Yaponiyada fövqəladə vəziyyət bütün ölkə ərazisinə aid edilə bilər
17:32 16 Aprel 2020
219 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ bu gün ölkə parlamentinin hər iki palatasında müzakirə olunacaq.

Xatırladaq ki, Yaponiya baş naziri Şinzo Abe aprelin 8-də paytaxt Tokioda, Osaka şəhərində və digər 5 prefekturada fövqəladə vəziyyət elan etmişdi. Bütün ölkədə fövqəladə vəziyyətin bu gün elan edilməsi gözlənilir.

Qeyd edək ki, bu günədək Yaponiyada 8 600-dən çox şəxsə virusa yoluxub, 178 nəfər virusdan həyatını itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR