Uçuşdan əvvəl sərnişinləri çevik koronavirus testindən keçirən ilk aviaşirkət

Uçuşdan əvvəl sərnişinləri çevik koronavirus testindən keçirən ilk aviaşirkət
00:47 17 Aprel 2020
250 Maraqlı
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" aviaşirkəti dünyada ilk dəfə uçuşdan əvvəl sərnişinlərin sürətli koronavirus testindən keçirilməsinə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 16-da Dubay Beynəlxalq Aeroportunda Dubay-Tunis aviareysi ilə uçan sərnişinlərin hamısından qan analizi götürülüb və cəmi 10 dəqiqədə ən müasir cihazların köməyi ilə koronavirus testi aparılıb. Aviaşirkətin təmsilçisi Adil Əl Rədha jurnalistlərə müsahibəsində bildirib ki, Dubay Səhiyyə Departamentinin təchiz etdiyi innovativ vasitələr bundan sonra bütün aviareyslərdən əvvəl çevik koronavirus testi keçirməyə imkan verəcək.

Testin cavabını alan sərnişinlər sosial məsafə qaydalarına riayət etməklə qeydiyyatdan keçiblər və təyyarənin salonuna daxil olublar. Onlara, həmçinin tibbi maskalar, əlcəklər və dezinfeksiyaedici sprey də paylanılıb.

"Emirates" hesab edir ki, bütün aviaşirkətlərin bu təcrübədən istifadə etməsi uçuşların qismən bərpa edilməsinə şərait yaradacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/842683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR