Saatlı rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda qeydə alınıb.

Orada Zeyniyev İlham Zahir oğlu idarə etdiyi avtokarla zavodda kiptikən işləyən 1969-cu il təvəllüdlü Abasova Şəhla Nəriman qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az