Koronavirusla bağlı buraxılan qorxulu səhv

Koronavirusla bağlı buraxılan qorxulu səhv
13:27 17 Aprel 2020
320 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Eks-Marsel Universitetinin alimləri koronavirusun məhv olduğu temperaturu açıqlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatiın nəticələri "bioRxim" portalında dərc olunub.

Təcrübə zamanı koronavirus ştamı həm steril boruya, həm də biomaterial olan boruya yerləşdirilib. Bundan sonra hər iki nümunə bir saat ərzində 60 dərəcəyə qədər qızdırılıb. Məlum olub ki, steril olmayan nümunədəki virus çoxalmaqda davam edib.

Nümunəni 15 dəqiqə ərzində 92 dərəcəyə qədər qızdırdıqdan sonra virusu tamamilə məhv etmək mümkün olub.

Qeyd olunur ki, əksər laboratoriyalarda dezinfeksiya işləri materialların bir saat ərzində cəmi 60 dərəcə qızdırılması ilə aparılır. 

Mart ayında Honkonq Universitetinin alimləri koronavirusun xüsusilə aktiv olduğu temperaturu açıqlamışdılar. Məlum olmuşdu ki, virusun "sevimli" temperaturu 0-4 dərəcədir. Dezinfeksiya aparılmayacağı təqdirdə virus 14 gün aktiv qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR