Pentaqon Ağ Evin təxliyəsi məqsədilə hazır vəziyyətə gətirilib

Pentaqon Ağ Evin təxliyəsi məqsədilə hazır vəziyyətə gətirilib
18:32 17 Aprel 2020
242 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon Vaşinqtonda koronavirusun yayılması ilə bağlı vəziyyətin kəskin pisləşəcəyi təqdirdə Ağ Evi təxliyə etmək məqsədilə xüsusi operativ qrupu hazır vəziyyətə gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Newsweek" jurnalı yazıb.

Qeyd olunur ki, xüsusi qrupun tərkibində 10 min hərbçi və mülki şəxs xidmət edir. Birbaşa müdafiə nazirinə tabe olan qrupun komandanı general-mayor Omar Cons təyin edilib.

Xüsusi operartiv qrupun vəzifələri sırasına pandemiya müddətində hökumətin dayanıqlı işini təmin etmək, bundan başqa, "mümkün kütləvi iğtişaşlar" yaranacağı təqdirdə ölkə prezidentini, Ağ Evin, Pentqaonun digər rəsmi şəxslərini təhlükəsiz bölgəyə köçürməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR