"Bavariya" fərqli avtomobildən istifadə etdiyinə görə futbolçusunu cərimələdi

"Bavariya" fərqli avtomobildən istifadə etdiyinə görə futbolçusunu cərimələdi
18:37 17 Aprel 2020
235 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya" vingeri Kinqsli Komanı cəzalandırıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Koman komanda daxilində mövcud avtomobildən istifadə qaydalarını pozduğuna görə cərimələnib.

"Bavariya" "Audi" ilə əməkdaşlıq edir. 23 yaşlı futbolçu isə məşqə sözügedən şirkət tərəfindən təqdim olunmuş avtomobillə yox, "McLaren"də gəlib.

"Mənə verilmiş avtomobildən istifadə etmədiyim üçün klubdan və "Audi"dən üzr istəyirəm. Sadəcə, mənim "Audi"min güzgüsü sınmışdı. Bununla belə, səhv məndədi", - deyə Koman qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/842876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR