Saatlı rayonunda "P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci maddəsilə açılıb.

Xatırladaq ki, zavodda qeydə alınan hadisədə Zeyniyev İlham Zahir oğlu idarə etdiyi avtokarla zavodda kiptikən işləyən 1969-cu il təvəllüdlü Abasova Şəhla Nəriman qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az