Roza Zərgərli: “Kişi idealım Kvazimodadır”

Roza Zərgərli: “Kişi idealım Kvazimodadır”
19:57 19 Aprel 2020
499 Şou
Ölkə mətbuatı
A- A+

Şou-biznesin açıqsözlü müğənnisi Roza Zərgərli ATV-də yayımlanan "Üçümüz" şou proqramında maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, verilişin aparıcısı Elcan Rəsulovun "kiminlə duet oxumaq istəyirsiniz" sualına Rozanın cavabı maraqlı olub:

"Duet ortaqlarımı yalnız özüm seçirəm. Onlar çox olmasa da, yalnız bəyəndiyim və seçdiyim bəy ifaçı ilə oxuyuram. Dünya şöhrətli iki bəy müğənni var ki onlarla duet oxumaq ən böyük arzumdur. Biri Enriki İqlesias biri də Rikki Martindir. Enriki ilə lirik, Rikki ilə isə dinamik bir mahnı ifa etmək istərdim".

Aparıcının "Rozanın kişi idealı kimdir?" sualına sənətçinin cavabı qarşı tərəfin həm üzünü güldürüb, həm də təəcübləndirib:

"Mənim üçün qarşı tərəfin, yəni bir kişinin daxili aləmi xarici görünüşündən daha önəmlidir. Ağıl hər şeyi üstəliyir. Kişi idealım Kvazimodadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/843427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR