İtaliyada bələdiyyə sədri koronavirusdan qorunmaq üçün "Quran" oxutdu

İtaliyada bələdiyyə sədri koronavirusdan qorunmaq üçün "Quran" oxutdu
11:32 20 Aprel 2020
248 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada qəribə olay yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkə əhaləsinin çoxunun xristian dininə sitayiş etdiyi İtaliyanın Karpi şəhərində bələdiyyə sədri koronavirusdan qorunmaq üçün imama "Quran" oxutdurub.

Koronavirusdan ən çox zərər çəkən ölkələrdən biri olan İtaliyada bələdiyyə sədri Alberto Bellelli şəhərin ən böyük meydanı olan Martiridə "Quran" oxutdurub.

"Virusa qarşı birlikdə dua edəcəyik", - deyən bələdiyyə sədri sonradan meydana çağırdığı imama "Quran" oxudub.

İmam "Quran"dan Əl-imran surəsini oxuyub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən bugünədək İtaliyada koronavirusdan 23660 nəfər ölüb.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR