Özünü hərbçi kimi təqdim edərək karantin rejimi pozan şəxs saxlanıldı - VİDEO

Özünü hərbçi kimi təqdim edərək karantin rejimi pozan şəxs saxlanıldı - VİDEO
13:12 20 Aprel 2020
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən hərbi geyimli bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərinə görə hərbiçi olması şübhə doğurduğundan saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 23 yaşlı Muradov Kirill Elman oğlu xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR