Yeni Hayat Şirkətlər Qrupu "Qan ver həyat xilas et" şüarı ilə qanvermə aksiyasına qoşuldu

Yeni Hayat Şirkətlər Qrupu "Qan ver həyat xilas et" şüarı ilə qanvermə aksiyasına qoşuldu
16:32 20 Aprel 2020
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başlatdığı qanvermə aksiyasına Yeni Hayat Şirkətlər Qrupu da qoşulub. "Qan ver həyat xilas et" şüarı ilə keçirilən aksiyada şirkətin 300-dən artıq əməkdaşı iştirak edib.

Qeyd edək ki, sözügedən aksiyanın məqsədi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən soydaşlarımıza dəstək olmaqdır.

Bununla Yeni Hayat Şirkətlər Qrupu koronavirusla mübarizə fonunda təşkil olunan xeyriyyə tədbirlərinə qoşularaq Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir. Eyni zamanda infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində hökumətin bütün tövsiyə və tapşırıqları təmin edilməkdədir.

www.yenihayat.az

012 922


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/843610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR