Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimənin səbəbi açıqlandı
Paylaş
206 baxış·1 dəq oxu
Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib. Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib. Elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb. "Təcili bərpa işlərinə başlanılıb", - deyə Mətbuat katibliyi şöbəsindən bildirilib.