Gürcüstanın qaz idxalı artıb

Gürcüstanın qaz idxalı artıb
12:22 21 Aprel 2020
179 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin I rübündə Gürcüstan 135 459 min ABŞ dolları dəyərində təbii qaz idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Qonşu ölkənin ümumi idxalında təbii qazın payı 6,8% təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan qaz idxalını 3,4% artırıb.
Hesabat dövründə Gürcüstanın idxal etdiyi neft və neft məhsullarının həcmində isə cüzi azalma qeydə alınıb. Belə ki, qonşu ölkə 150 352 min ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib ki, bu da illik müqayisədə 0,1% azdır. Bu məhsulların ölkənin ümumi idxalındakı payı isə 7,5%-ə bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gurcustanin-qaz-idxali-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR