Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, oğurluq etdiyinə görə tutulan V.Zülfüqarovun ətrafında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 16-na keçən gecə rayon ərazisindəki çay evlərinin birindən 3 000 manat dəyərində kombi, digər çay evindən isə 600 manat dəyərində televizor oğurlaması da müəyyən edilib.