Ağdaşda ev yandı - Xəsarət alan var

Ağdaşda ev yandı - Xəsarət alan var
18:17 21 Aprel 2020
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunun Qarağan Sədi kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 5 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR