Pekin, 26 may, AZƏRTAC
Pekində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ilk qeyri-hökumət forumu keçirilir.
Tədbirdə quruma üzv və müşahidəçi ölkələrdən ümumilikdə 400-ə yaxın nümayəndə, o cümlədən dövlət qurumlarının təmsilçiləri, “beyin mərkəzləri”nin, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Azərbaycan forumda Pekindəki səfirliyimiz tərəfindən təmsil olunur.
Forumun əsas müzakirə mövzusu regional təhlükəsizlik istiqamətində əməkdaşlıq üçün ictimai dəstəyin təşviqidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin