Sürətli iqlim dəyişikliyi bəşəriyyətin FƏLAKƏTİNƏ səbəb olacaq

Sürətli iqlim dəyişikliyi bəşəriyyətin FƏLAKƏTİNƏ səbəb olacaq
11:18 22 Aprel 2020
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Kolorado Universitetinin alimləri gələcəkdə karbon qazı konsentrasiyasının artmasının insanlarda zəkanın və kompleks strateji düşüncənin azalmasına səbəb ola biləcəyini proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, qlobal istiləşmə səbəbilə bəşəriyyətin qaçılmaz zəka geriliyinin səbəblərini ortaya qoyan araşdırmanın nəticələri “GeoHealth” jurnalında dərc edilib.

Əsrin sonuna qədər insanlar 1400 ppm-ə çatacağı təxmin edilən yüksək miqdarda karbon qazının təsirinə məruz qalacaqlar ki, bu da indiki açıq havadakı mövcud konsentrasiyadan üç dəfə çoxdur. Nəticədə qanda həll olunan karbon qazının miqdarı artacaq və beyinə oksigen axını azalacaq. Bu da yuxusuzluq yaratmaqla yanaşı, zehni fəaliyyəti poza bilər.

Mütəxəssislər proqnozlaşdırır ki, davamlı antropogen karbon yanması səbəbilə iqlim dəyişikliyinin fəlakətli ssenarisinə əsasən, açıq havada karbon qazının səviyyəsi 930 ppm-ə çatacaq, şəhər yerlərində isə əlavə olaraq 100 ppm artacaq. Ekspertlərin fikrincə, istixana qazı konsentrasiyasının artması planlaşdırma və qərar vermək qabiliyyətini müvafiq olaraq 20-50% azaldır.

Aytən Məftun

Klimatoloqlardan 2100-cü ilə dair DƏHŞƏTLİ PROQNOZLAR


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/311528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR