​VÖEN-i olub, 190 manat almaq istəyən vətəndaşların nəzərinə! -

“Xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlar birdəfəlik ödəməni (190 manat) almaq istəyirlərsə, adlarına olan və istifadə etmədikləri VÖEN-ə xitam verməlidirlər”.

Bunu Metbuat.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, aktiv VÖEN-i olan şəxslərə 190 manat müavinət verilməyəcək:

“Vətəndaşın VÖEN-i olub, amma uzun müddət istifadə etmirsə, əvvəlcə ona xitam vermək lazımdır. Daha sonra 190 manat almaq üçün müraciət etmək mümkündür. Bu zaman sistemdə həmin şəxslərin məlumatları yoxlananda, o adamın adında aktiv VÖEN çıxmayacaq və vəsaiti alacaq. Yəni “kiminsə 3-5 il bundan qabaq VÖEN-i olubsa, ona 190 manat maddi yardım düşməyəcək” söhbəti yoxdur”.

A.Kərimov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər görülür ki, qəbul olunmuş meyarlar əsasında vətəndaşların müraciətlərinə operativlik təmin edilsin:

“Proqramın tətbiqinə aprelin 7-də başlanılıb. Müraciət edən şəxslərə müsbət və ya imtina cavabları mütləq gələcək. Əgər həmin şəxsə imtina gəlibsə, bunun səbəbi də qeyd ediləcək”. (Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR