Koronavirusdan sağalan tibb işçisi:

Koronavirusa yoluxmuş İsmayıllı sakini Naibə İbrahimova sağalaraq evə buraxılıb.

Metbuat.az-ın məlumatına görə, rayonun mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin kiçik tibb işçisi olan N.İbrahimova video müraciətində bildirib ki, bir müddət öncə virusa yoluxduğu aşkar olunub, dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və müalicəsini orada alıb.

O, sağalmağında əməyi olan hər kəsə təşəkkür edib. Keçirdiyi çətin dönəmdə sağlamlığının təmin edilməsi və hər cür dövlət qayğısı ilə əhatə olunduğuna, həmçinin qabaqlayıcı tədbirlər sayəsində pandemiyanın Azərbaycanda alovlanmasının qarşısı alındığına görə ölkə başçısına minnətdarlığını bildirib.

N.İbrahimova vətəndaşları “COVID-19”a yoluxmamaq üçün məsuliyyətli olmağa, həkimə müraciət etməkdən qorxmamağa, Prezident İlham Əliyevin çağırışları altında sıx birləşməyə, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyə səsləyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR