Angela Merkeli Hitlerlə müqayisə edən səfir vəzifəsindən oldu

Naltanın Finlandiya səfiri Maykl Zammit Tabona istefa verib.

Metbuat.az xəbər verir ki, buna səbəb onun sosial şəbəkə hesabında etdiyi paylaşımda Almaniya kansleri Angela Merkeli Adolf Hitlerə bənzətməsi olub. O, qalmaqalı paylaşımda belə qeyd etmişdi:

"75 il əvvəl Hitleri dayandırdıq. Angela Merkeli kim dayandıracaq? O, Hitlerin Avropaya nəzarət etmə röyasını gerçəkləşdirdi".

Sözügedən paylaşımdan sonra Malta Xarici İşlər Naziri Evarist Bartolo Almaniyadan rəsmi olaraq üzr istəyib.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR