Gizli şəkildə fəaliyyət göstərən limonad sexi aşkarlandı -

Anti-sanitar torbalara yığılan şüşələr, yararsız vəziyyətdə olan su çənləri, üfunət iyi verən vannalar. Baku.Tv xəbər verir ki, görüntülər Gəncədə limonad istehsalı ilə məşğul olan müəssisədə aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyininin Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı, şəhərin Məhsəti qəsəbəsində Balakişi Verdiyevə məxsus “Üç Bulaq” adı altında hazırlanan limonad məhsullarının gigiyenik tələblərə cavab vermədiyi, sanitar norma və tələblər pozularaq hazırlandığı ortaya çıxıb. Aparılan monitorinq nəticəsində məlum olub ki, limonad şüşələri məişət tullantılarının atıldığı ərazilərdən yığılır , sexdə yuyularaq yenidən istehsala buraxılır.

Gizli şəkildə fəaliyyət göstərən sexin gündəlik istehsal gücü təxminən 800- ədəd təşkil edir və şəhərin müxtəlif ticarət mərkəzlərinə, marketlərinə paylanılıb. Artıq limonadların satışdan çıxarılması prossesinə başlanılıb. Reyd zamanı limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb və avadanlıqlara möhür vurulub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR