13 ölkənin baş naziri Əli Əsədova təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova 28 May - Respublika Günü münasibətilə Rusiya Federasiyasının, Gürcüstanın, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Belarus Respublikasının, Moldova Respublikasının, Latviya Respublikasının, Macarıstanın, Polşa Respublikasının, Serbiya Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının və Misir Ərəb Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Təbrik məktublarında hökumət başçıları ölkələri ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR