Azərbaycan Premyer Liqasının oyunlarında tibbi maskalardan istifadə etməli olan şəxslər bəlli olub - SİYAHI

Azərbaycan Premyer Liqasının oyunlarında tibbi maskalardan istifadə etməli olan şəxslər bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə qərar təlimatlarda əksini tapıb.

Oyunun startına qədər stadiona gələn hər kəs - oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslər tibbi maskada olmalıdır.

Matçın gedişində tibbi maska taxmayacaq şəxslər isə bunlardır: Baş məşqçi və isinmə hərəkətlərinə yollanan (maska taxılmamasına ancaq isinmə hərəkətləri zamanı icazə verilir) oyunçular və oyunun şərhçisi.

Əvəzlənən oyunçu texniki zonaya qayıdacaqsa, tibbi maska taxmalıdır. Tibbi maskaların təqdim olunmasına hər komandanın həkimi nəzarət edir.

Oyunlar açıq hava şəraitində keçirilsə də, hərəkətdə olmayan şəxslərin sosial məsafə qaydalarına tam əməl etmək imkanı olmadığı üçün tibbi maskalardan istifadə vacibdir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR