Azərbaycanda 40-dan çox xəstəxana və müəssisə koronavirus xəstələri üçün bağlandı -

Azərbaycanda koronavirus xəstələrinin sayının artması tibb müəssisələrinə təlabatı artırır. Artıq bu gündən etibarən Gömrük Hospitalı da bu məqsədlə istifadə ediləcək.

Metbuat.az xəbər verir ki, Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva koronavirus və pandemiya xəstələrinə xidmət edən xəstəxanaların müəssisələrin sayını açıqlayıb. Bildirilib ki, hazırda 40-dan çox yer bu məqsədlə istifadə edilir.

“30-dan yuxarı karantin və pandemiya xəstəxanamız – yəni müəssisəmiz var. Bura atletlər kəndi də aiddir. Haradasa 33 müəssisə, 10 modul tipli xəstəxana var. Bunlardan üçünün açılışı dünən oldu. Digərləri də açılacaq”, – deyə Rəvanə Əliyeva qeyd edib.

Qeyd edək ki, koronavirus üçün ayrılan müəssisələrin çox hissəsi paytaxt Bakının payına düşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR