.

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsi yekunlaşıb.

Metbuat.az xəbər verir ki, bu gün keçirilən imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulmuşdu. İmtahanlar saat 11-də başlayıb.

Dünən və bu gün imtahanlar Xətai (Bakı), Sumqayıt (I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə (I hissə) Siyəzən, Xızı və s. ərazilərdəki məktəblərdə keçirilib.

Növbəti buraxılış imtahanları iyunun 18 və 19-da Qaradağ (Bakı), Goranboy, Göygöl, Sabirabad, Salyan, Tovuz, Gədəbəy, Lənkəran, Lerik Ağdam, Beyləqan, Hacıqabul və s. yerdə keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR