Bu il 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

2019-2020-ci tədris ilində 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Metbuat.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 177, Çində 30, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 12, Qazaxıstanda 2, ümumilikdə isə 226 nəfər xaricdə təhsil alıb.

2019-2020-ci tədris ilində Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində 90-dan artıq ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)