Dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas edilib.
Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Hövsan sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.