Azərbaycan incəsənətinə ağır itki üz verdi -

Xalq rəssamı Mais Ağabəyov bu gün 79 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.


Qeyd edək ki, Mais Ağabəyov 01.05.1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Əsərləri respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir.

Azərbaycanın xalq rəssamıdır. Mais Ağabəyov 2012-ci il aprelin 26-da Təsviri sənət nominasiyasında "Humay" milli mükafatına layiq görülmüşdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR