Türkiyənin BRICS-ə üzv olmasına Hindistan mane olub? - RƏSMİ

Türkiyənin BRICS-ə üzvlüyünə Hindistanın mane olduğu barədə iddialar əsassızdır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentin Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.

Bildirilib ki, bəzi KİV-lərdə yayılan məlumat həqiqəti əks etdirmir. Tatarıstanın paytaxtı Kazanda keçirilən BRICS Sammitində Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi sessiyada digər ölkələrin üzvlük prosesi müzakirə olunmayıb.

"Sammitdə BRICS birliyinin genişlənməsi ilə bağlı heç bir məsələ müzakirə olunmayıb. Hindistanın Türkiyənin BRICS üzvlüyünə mane olması iddiası həqiqəti əks etdirmir. Yalnız rəsmi mənbələrdən verilən məlumatlara etibar etməyinizi tövsiyə edirik", - deyə açıqlamada bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı