Qurbanov məğlubiyyəti şərh etdi - "Niyə bu cür davranırlar anlaya bilmirəm"

"Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır anlaya bilmirəm.

Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı baş tutan oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları matçda hakim idarəçiliyi barədə danışıb:

"Futbolçularımız bəsit vərəqə alarsa günah özündədir. Biz bununla bağlı oyunçu ilə söhbət aparacağıq. Amma hər xırda şeyə görə oyunu saxlayıb, vərəqə göstərmək yersiz idi. Əgər belə olacaqsa, onda gərək biz futbol oynamaq. Julio Romanun qırmızı vərəqə aldığı epizodda ilk öncə rəqib oyunçu futbolçumuzu itələyirdi. Kevin Medina penaltiyə səbəb olubsa, ikinci hissədə niyə Juninyo cərimə meydançasında yerdə qalarkən onbir metrlik cərimə təyin olunmadı. Çünki rəqib futbolçumuzu iki əllə itələmişdi. "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır anlaya bilmirəm",


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı