Avropa İttifaqı (Aİ) Komissiyası mümkün böhran vəziyyətlərinə hazırlıq məqsədilə vətəndaşlar üçün yeni fövqəladə hallar üzrə təlimat yayımlayıb.
Metbuat.az xəbər verir ki, sənədə əsasən, sakinlər fövqəladə vəziyyət zamanı ilk üç gün ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılamağa hazır olmalıdırlar. Açıqlamada Avropanın son dövrlər daha tez-tez mürəkkəb böhranlarla üzləşdiyi və bu səbəbdən qitənin dayanıqlılığını artırmaq üçün konkret tədbirlərin həyata keçirildiyi bildirilib. Yeni təlimatı Aİ Komissiyasının bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda təqdim edib.
Təlimatda fövqəladə vəziyyətdən əvvəl, hadisə zamanı və sonra dövlət qurumlarının əhaliyə etibarlı məlumat çatdırmasının təmin edilməsi də yer alıb.