Ançelotti Arda barədə yekun qərarını verdi

“Real Madrid”in futbolçusu Arda Gülerlə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Ardanı əsas heyət oyunçusu hesab etmir. “Mundo Deportivo”nun məlumatına görə, Karlo Ançelotti Arda Güleri oynatmağı planlaşdırmır. Xəbərdə deyilir ki, Arda "Betis", "Atletiko" və "Selta" ilə matçlarda bir dəqiqə belə meydana çıxa bilməyib. O, ümumilikdə 10 matçda 291 dəqiqə meydanda olub.

Arda hələ ki, bu mövsüm “Real Madrid” forması ilə nə qol vurub, nə də məhsuldar ötürmə edib. O, iki dəfə penalti qazanıb. İspaniya mətbuatı yazır ki, Ançelotti Ardanın müdafə tərəfinin zəif olduğunu hesab edir və buna görə də onu əsas heyətdə oynatmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR