Bakıda avtomobil qatarla toqquşdu

Bakıda avtomobil qatarla toqquşub.

Metbuat.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Minik avtomobilinin qatarla toqquşması nəticəsində sərnişin 70 yaşlı Rüstəmxanım Baba qızı Məmmədova xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin gördükləri tədbirlərə baxmayaraq, qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı