ŞOK GÖRÜNTÜLƏR: Morqlarda yer qalmadı, cəsədləri küçəyə yığdılar -

Koronavirusa yoluxanların və ölənlərin sayının artdığı İraq qeydə alınan görüntülər insanların reaksiyasına səbəb olub.

Metbuat.az xəbər verir ki, Bağdadda çəkildiyi deyilən görüntülərdə cəsədlərin xəstəxananın qarşısına yığıldığı görülür. Ölkədə morqlarda yer qalmadığını deyən insanlar ölkənin Səhiyyə Nazirliyi və səlahiyyətli şəxslərdən vəziyyətə müdaxilə etmələrini istəyiblər.

Qeyd edək ki, İraqda ümumilikdə 30 mindən çox yoluxma qeydə alınıb, 1100 nəfər isə ölüb.


Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR