​Ağcabədi rayon sakinində silahlar aşkarlanıb

Ağcabədi rayon sakinində silahlar aşkarlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyevin Ağabəyli kəndindəki evinin zirzəmisindən müvafiq sənədləri olmayan 2 ədəd “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR