Ucar rayonunda yük maşını aşıb.

Metbuat.az report-a istinadən xəbər verir ki, xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun 241-ci kilometrliyində, Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb.

Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Şaiq Süleyman oğlu Süleymanovun idarə etdiyi "KamAZ" markalı yük maşınının təkəri çıxıb, nəticədə maşın idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.

Sürücü yüngül xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.