Abşeronda qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkarlandı

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, polislər tərəfindən həmin sexlrə bnaxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarınnı pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.

Qanun pozuntusuna yol verəm şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Qeyd edək ki. sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR