Ölkə ərazisində olan faktiki hava şəraiti

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Metbuat.az-a-ə bildirilib ki, iyulun 15-i saat 17:00-a olan məlumata əsasən, Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Leysan nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR