Türkiyədə koronavirusdan ölüm sayı 5700-ü ötdü

Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, daha 996 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5710, virusa yoluxanlar isə 231 min 869 nəfərə çatıb.

Türkiyədə indiyədək 215 min 516 xəstə sağalaraq evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR