“Azərişıq”da kadr dəyişikliyi olub

“Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən “Mərkəzi Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, onun yerinə Abbas Quliyev təyin olunub.

A.Quliyev bu təyinata qədər Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi olub.

Xatırladaq ki, “Mərkəzi Aran” RETSİ-yə Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Naftalan, Goranboy, Kürdəmir, Ucar, Ağsu, Göyçay və Ağdaş rayonlarının Elektrik Şəbəkələri (EŞ) daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR