Bu gün Maurisio Sarri ilə yolları ayıran "Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu posta komandanın keçmiş futbolçusu Andrea Pirlo gətiriləcək.

Turin klubunun U-23 yığmasına baş məşqçi təyin olunan Andre Pirlo iyulun sonunda komandanın "sükanı" arxasına keçəcək.

Turin təmsilçisinin prezidenti Andrea Aqnelli ilə görüşdən sonra bu qərar qəbul edilib.

Qeyd edək ki, Pirlo 2011-2015-ci illərdə "Yuventus"un şərəfini qoruyub.