Türkiyədə koronavirusdan daha 26 nəfər öldü

Türkiyədə son sutka ərzində 26 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1491 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6209, virusa yoluxanlar isə 263 998 nəfərə çatıb.

Türkiyədə indiyədək 240 792 pasiyent (son sutkada 995 nəfər) sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR