“Paşinyan Avrasiya İqtisadi Birliyinə yalvarır kı, sərhədləri açaq” -

“Ermənistanda yaşanan dərin iqtisadi və sosial böhran hökuməti faktiki olaraq çıxılmaz vəziyyətdə qoyub. Paşinyan Avrasiya İqtisadi Birliyi üzvü olan ölkələrə yalvarır kı, sərhədləri açaq.”

Metbuat.az xəbər verir ki, bu fikirləri Ermənistan Nazirlər Kabinetinin son iclasında aparılan müzakirələrə münasibət bildirən AMEA Qafqazünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

O qeyd edib ki, Ermənistanda yaşanan dərin iqtisadi və sosial böhran hökuməti faktiki olaraq çıxılmaz vəziyyətdə qoyub. Sərhədlərin bağlı olması, əhalinin digər ölkələrdən, xüsusən Rusiya Federasiyasından pərakəndə şəkildə ərzaq məhsullarını gətirə bilməməsi ölkədə vəziyyətin gərginləşməsinə, əhalinin iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb olub.

E.Kəlbizadə vurğulayıb ki, özünü vəziyyətdən çıxarmaq üçün N.Paşinyan yalan danışmaqdan belə çəkinmir:

“Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-da Nazirlər Kabinetinin iclasında Avrasiya İqtisadi Birliyi çərçivəsində birlik ölkələri vətəndaşları üçün sərhədlərin açılması imkanlarını müzakirə etməyin vaxtının gəldiyini dilə gətirib. O, İrəvanın artıq bu formatda müzakirələrə başladığını bildirib. Paşinyan yalan və şişirdilmiş məlumatları da bəyan etməyə çəkinməyib.

İddia edib ki, guya əcnəbilər Ermənistana gəldikdən dərhal sonra koronavirus testindən keçə bilər və 14 günlük karantin tətbiq edilməsinə ehtiyac yoxdur. Faktiki olaraq isə ölkənin bərbad səhiyyə sistemi testlərin belə hansı vəziyyətdə keçirildiyinə və nəticələrinin doğruluğuna ciddi şübhələr yaradır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR