“Sumqayıt”dan qələbə, “Keşlə” heç-heçə etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

Azvision.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçında "Qəbələ" klubu doğma meydanda "Keşlə"ni qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Günün son oyununda "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gəliblər. "Kapital Bank Arena"da keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR